Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Qax rayonunun Turaclı kənd sakinləri Dursun Abduladze və Hüseyn Ağayev tutulmuşlar

09.01.2015

Yanvarın 9-na keçən gecə Qax rayonunun Qapıçay kəndində kənd sakini Mikayıl Vaysalidzeyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 300 manat və danışıq kartları oğurlanmışdır. Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Turaclı kənd sakinləri Dursun Abduladze və əvvəllər məhkum olunmuş Hüseyn Ağayev tutulmuşlar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 3-də Fəhnurə İsayevaya məxsus mağazadan danışıq kartları, tütün məmulatı və xırda pul oğurlamaları da müəyyən edilmişdir.

09.01.2015 tarixinə olan kriminal məlumatlar