Dələduzluq etmiş Xanbaba Əhədovun digər cinayət əməlləri müəyyən edilmişdir
09.01.2015Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən dələduzluq etmiş Xanbaba Əhədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Gərmətürk qəsəbə sakini Xalid Bağırovla birgə 2014-cü il yanvar-may ayları ərzində qəsəbə sakini Pərvin Bədəlovun və Astara rayon sakini Vüsal Baxşiyevin etimadlarını qazanıb onlardan ümumilikdə 1350 manat alıb saxta sürücülük vəsiqələri verməsi də müəyyən edilmişdir.