İmişli rayonunun Qaragüvəndikli kəndində yol-nəqliyyat hadisəsi
09.01.2015Yanvarın 9-da saat 09 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndində rayon sakini Ədalət Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili Qarabağ kanalına aşırmışdır. Nəticədə onun sərnişini Əli Şirinov suda boğulmuşdur. Meyitin tapılması istiqamətində tədbirlər görülür.
İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.