Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
09.01.2015Yanvarın 9-da saat 09 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Göygöl rayon sakini Yasin Cabbarov idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Onun sərnişinlərindən həmyerliləri Altay Sadıxov və Yasəmən Hacıyeva hadisə yerində ölmüş, digər sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.