Göyçay rayonun Qarabaqqal kənd sakini Mətləb Əkbərovu qətlə yetirmiş Ceyhun Quliyev tutulmuşdur
18.11.2014Noyabrın 18-də Göyçay şəhər sakini Ceyhun Quliyev rayonun Qarabaqqal kəndindəki kafedə münaqişə zəminində kənd sakini Mətləb Əkbərova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş M.Əkbərov ölmüşdür.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Quliyev tutulmuşdur.