Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Şəki rayon sakini Araz Nəzirov tutulmuşdur

18.11.2014

Noyabrın 18-nə keçən gecə Gəncə şəhərində şəhər sakini Rüfanə Əsgərovaya məxsus gözəllik salonundan qapını sındırmaq yolu ilə geyim əşyaları oğurlanmışdır.

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Şəki rayon sakini Araz Nəzirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün şəhər ərazisində Samux rayon sakini Azər Əhmədova məxsus “Faberlic” kosmetik şirkətin ofisindən 31 manat, ətriyyat və bijuteriya, Azər Nağıyevə məxsus mağazadan qızıl üzük və bijuteriya oğurlaması, habelə Rövşən Əliyevin mağazasından oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.