Dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılmış İran İslam Respublikası vətəndaşından narkotik vasitələr götürülmüşdür
18.11.2014Masallı RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Masallı şəhərində İran İslam Respublikası vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılmışdır. Onun üzərinə baxış zamanı 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülmüşdür.