Lənkəran rayon Girdəni kənd sakini Arzuman Mirzəyevdən narkotik vasitələr götürülmüşdür
18.11.2014Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Həsənovdan 3 ədəd 100 dollarlıq saxta əskinas götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin əskinasları Girdəni kənd sakini Arzuman Mirzəyevdən alması müəyyən edilmişdir.
A.Mirzəyev tutulmuş, evinə baxış zamanı 572 qram marixuana və 28 qram çətənə toxumu aşkar edilərək götürülmüşdür.