Avtomobil qaçırmış Ağstafa rayonunun Tatlı kənd sakini Elşən Məmmədov tutulmuşdur
18.11.2014Noyabrın 18-nə keçən gecə Ağstafa rayonunun Tatlı kəndindən kənd sakini Gültəkin Hüseynovaya məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Elşən Məmmədov tutulmuşdur.