Gürcüstan vətəndaşı Samir Orucovun şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilmişdir
08.10.2014Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Orucovun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilmişdir. S.Orucov barəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanmışdır.