Gəncə şəhər sakini Musa Əsgərov tutulmuşdur
08.10.2014Oktyabrın 8-də Kəpəz rayonunun Sadıllı qəsəbəsində Fəridə Qədimovanın evinə oğurluq məqsədi ilə girmiş maskalı şəxs onun qızı Günellə rastlaşdığından hadisə yerini tərk etmişdir.
Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Musa Əsgərov tutulmuşdur.