Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində yanğın baş vermişdir
08.10.2014Oktyabrın 9-da saat 21 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kvm. olan 1-ci mərtəbəsində yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və əşyalar yanmış, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölmüş, Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.