Müvəqqəti Saxlama Yerində saxlanılan şəxsə gətirilmiş sovqatın içərisindən narkorik vasitələr aşkar edilərək götürülmüşdür
08.10.2014Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da ŞRPŞ-nin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə saxlanılan Bəhruz Musayevə sovqat gətirmiş şəhər sakini Şahin Əliyevin bağlamasında 1,5 qram heroin və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. B.Musayevin saxlandığı kameraya baxış zamanı isə 1 ədəd mobil telefon aşkar edilmişdir.