Göygöl rayonunun Hacıməlik kəndində yol-nəqliyyat hadisəsi
08.10.2014Oktyabrın 9-da saat 03 radələrində Göygöl rayonunun Hacıməlik kəndində Gürcüstan vətəndaşı Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı sərnşin avtobusunu qarşıda gedən Ağstafa rayon sakini Mehman Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuş və avtobusda yanğın baş vermişdir. V.Osmanovun sərnişinlərindən - Gürcüstan vətəndaşı Fuad İsgəndərov və 20-25 yaşlı kişi hadisə yerində ölmüş, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.