Gəncə şəhər sakini Səyyad Bədəlovu qətlə yetirilmiş Elşad Bağırov tutulmuşdur
01.08.2014Avqustun 2-də Samux rayonu Sərkar kəndinin ərazisində Gəncə şəhər sakini Səyyad Bədəlovun qətlə yetirilmiş meyiti özünə məxsus “VAZ-21015” markalı avtomobilin yük yerində aşkar edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Bağırov tutulmuşdur.