Oğurluq etmiş Sumqayıt şəhər sakini Rasim Mirzəyev tutulmuşdur
01.08.2014Avqustun 2-də Sumqayıt şəhərinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər, şəhər sakini Adil Feyzullayevin idarə etdiyi “İsuzu” markalı avtomobildən 299 manat pulunu götürüb qaçmışlar.
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Mirzəyev tutulmuşdur.
Digər şəxsin tutulması üçün ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.