Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
01.08.2014Avqustun 2-də saat 08 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Tərtər şəhər sakini Mehman Göyüşov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarındakı hasara vurmuşdur. Sürücü və sərnişinləri - Tərtər şəhər sakinləri Kazım Səfərov, Samirə Köçərli və onun qızı Nərmin xəstəxanaya yerləşdirilmiş, K.Səfərov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.