Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi
01.08.2014Avqustun 2-də saat 19 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Gürcüstan vətəndaşı Rza Abbasovun idarə etdiyi “Opel” və Bakı şəhər sakini Təhmiraz Adiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. T.Adiyev hadisə yerində ölmüş, sərnişini - həmyerlisi Çəmən İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.