Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
01.08.2014Avqustun 2-də saat 18 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Xəyal Cavadovun idarə etdiyi “KİA” və Əsgər Səlimovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Səlimov orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.