“Karat” MMC-dən oğurluq etmiş Ramil İmaməliyev tutulmuşlar
31.05.2014Abşeron RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə tutulmuş Ramil İmaməliyevin cari ilin may ayının 1-də özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən “KİA” markalı avtomobilə oturdulub Xırdalan şəhərinin ərazisinə aparılması və orada ona hədə-qorxu gəlib oğurlanmış puldan 450.000 manatının alınması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulmuşlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.