Ucar rayonu Müsüslü kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
31.05.2014İyunun 1-də saat 20 radələrində Ucar rayonu Müsüslü kəndinin ərazisində İman Məmmədovun idarə etdiyi “VAZ-2106”, Kürdəmir şəhər sakini Əfqan Atakişiyevin idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Anar Məmmədovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşmuşdur. İ.Məmmədovun sərnişinlərindən həmkəndlisi Vüqar Şirinov hadisə yerində ölmüş, özü və digər sərnişini, Ucar rayon sakini Səbuhi Məmmədov, habelə Ə.Atakişiyev və sərnişinləri, arvadı Xatirə və Şamaxı rayon sakini Emin Mikayılov xəstəxanya yerləşdirilmiş, İ.Məmmədov və E.Mikayılov orada ölmüşlər.
BDYPİ tərəfindən araşdırma aparılır.