Nizami rayonu Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi
31.05.2014İyunun 1-də saat 21 radələrində paytaxtın Nizami rayonu Rüstəmov küçəsində Bakı şəhər sakinləri Ceyhun İsmayılovun idarə etdiyi “Lada Priora” və Zahid Hacıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Hər iki sürücü və C.İsmayılovun sərnişinləri, həmyerliləri Oqtay Cabbarov, Fərid Kərimov, habelə Z.Hacıyevin sərnişinləri, Astara rayon sakinləri İlyas Nuriyev, Ceyhun Hacıyev və Ziyarət Mirzəyev xəstəxanaya yerləşdirilmiş, C.İsmayılov orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.