Quldurluq etmiş Bakı şəhər sakinləri Natiq Abdullayev və İsmayıl İsmayılov tutulmuşlar
31.05.2014Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Abdullayev və İsmayıl İsmayılov tutulmuş, Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov və Rəsul adlı şəxs müəyyən edilmişlər.