Hacıqabul rayonu Qarasu kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
31.05.2014İyunun 1-də saat 03 radələrində Hacıqabul rayonu Qarasu kəndinin ərazisində müəyyən edilməmiş avtomobillə Mingəçevir şəhər sakini Şahin Əliyev vurulmuşdur. Piyada hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.