Gün ərzində 78 cinayət faktı qeydə alınmışdır
26.05.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 40-ı “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 11 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.