Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri Cavadxan küçəsindəki evlərdən birində "online" sistemi ilə qumarxana təşkil olunması müəyyən edilmişdir

26.05.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Cavadxan küçəsi ev 12-də şəhər sakinləri Namiq Abbasovun, Vüsal Məmmədzadənin və Nöfəl Rəfibəylinin həmyerliləri Tural İbrahimovun rəhbərliyi ilə “online” sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilmişdir. Oraya baxış zamanı 2 ədəd monitor, 3 ədəd televizor, qumar kuponlarını çap edən 2 ədəd printer, habelə “on line” qumar oyun proqramı yazılmış 3 ədəd kompyuter, 123 ədəd oyun kuponu, uduşa qoyulmuş 766 manat və 100 dollar aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

26.05.2014 tarixinə olan kriminal məlumatlar