Münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşını və onun arvadını qətlə yetirmiş Beyləqan rayon sakini M.Bəndəliyev polisə təslim olmuşdur
26.05.2014Mayın 27-də Beyləqan rayonunun Şitilçilik qəsəbəsində qəsəbə sakini Məmməd Bəndəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı Həsəni və onun arvadı Mədinəni qətlə yetirmişdir.
M.Bəndəliyev könüllü olaraq Beyləqan RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi təhvil vermişdir.