Oğurluq etdiyinə görə tutulmuş K.Şıxəliyevin digər bir neçə cinayət faktını törətməsi də müəyyən edilmişdir
26.05.2014Oğurluq etdiyinə görə tutulmuş Kamran Şıxəliyevin ətrafında Binəqədi RPİ 5-ci və 6-cı PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun, Uğur Mahmudova məxsus avtomobildən 140 manat, 1 ədəd mobil telefon, bankomat kartı və Nəcməddin Süleymanova məxsus avtomobildən 700 manat, 1 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.