Bakı şəhər sakini T.İbrahimova məxsus mağazadan oğurluq etmiş bir qrup yetkinlik yaşına çatmayanlar saxlanılmışlar
26.05.2014Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-nə keçən gecə Ç.Mustafayev küçəsində Bakı şəhər sakini Tahir İbrahimova məxsus mağazadan qapını sındırmaq yolu ilə 450 manat oğurlamış yetkinlik yaşına çatmayanlar - Şirvan şəhər sakini S.B., Ağsu rayon sakini Ə.B., Bakı şəhər sakini Q.Y. və Ağdaş rayon sakini Ş.X. saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 27-nə keçən gecə D.Əliyeva küçəsində Bakı şəhər sakini Kamal Kərimova məxsus gözəllik salonundan qapını sındırmaq yolu ilə 750 manat, 100 dollar və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.