Bakı şəhər sakini L.Rəhimovaya hədə-qorxu gələrək 100 manat pulunu almış şəxslər tutulmuşlar
20.03.2014Martın 20-də Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Abşeron rayon sakinləri Rüstəm Mirbağırov, Babək Quliyev və Heybət Quliyev Bakı şəhər sakini Leyla Rəhimovaya hədə-qorxu gələrək 100 manat pulunu almışlar.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirbağırov, B.Quliyev və H.Quliyev tutulmuşlar.