Martın 20-də Bakı şəhər sakini Q.Allahverənova məxsus qol saatları və zinət əşyalarını oğurlamış bir qrup şəxs BDYPİ-nin Qusar rayonu ərazisindəki postunda saxlanılmışlar
20.03.2014Martın 20-də saat 06 radələrində “Samur” gömrük postunda Bakı şəhər sakini Qeys Allahverənova məxsus 9 ədəd qol saatı və 1200 manat dəyərində mirvari oğurlanmışdır.
Həmin gün saat 07 radələrində hadisəni törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü, Şirvan şəhər sakini Elçin Abdullayev və sərnişinləri, Gəncə şəhər sakini Pərviz Kəlayev, Goranboy rayon sakini Mətləb Dəmirov, Ağstafa rayon sakini Fariz Nəbiyev və Astara rayon sakini Elçin Bağırov Baş Dövlət Yol Polisi İdarəsinin Qusar rayonu ərazisindəki postunda saxlanılmış və Qusar RPŞ-yə təhvil verilmişlər.