Ötən il noyabrın 4-də F.Həsənova məxsus avtomobili qaçırmış Lənkəran şəhər sakini R.Məmmədov tutulmuşdur
20.03.2014Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Xətai RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 4-də Fariz Həsənova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Lənkəran şəhər sakini Rauf Məmmədov tutulmuşdur.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il martın 8-də Rauf Əliyevə məxsus mağazadan 130 manat pul, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.