Goranboy rayonu Goran qəsəbəsinin ərazisində “Hyundai” və “KİA” markalı avtomobillər toqquşmuşdur
20.03.2014Martın 20-də saat 18 radələrində Goranboy rayonu Goran qəsəbəsinin ərazisində Nərimanlı kənd sakini Nicat Məmmədovun idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Hikmət Əhmədovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur. Hər iki sürücü və H.Əhmədovun sərnişinlərindən oğlu Əkbər hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, həmyerlisi Günay Əhmədova və Gəncə şəhər sakini Aygün İsrafilova xəstəxanaya yerləşdirilmişlər.