Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.03.2014Martın 20-də saat 12 radələrində Abşeron rayonu ərazisində Şamaxı rayon sakini Xəyyam Quliyevin idarə etdiyi “VAZ-21074”, Bakı şəhər sakini Aqşin Məmmədovun idarə etdiyi “Nissan” və Xocavənd rayon sakini Söhbət Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. X.Quliyev hadisə yerində ölmüş, S.Nağıyev və A.Məmmədovun sərnişini, azyaşlı oğlu Əli xəsarət almışlar.