Quldurluq etmiş Zərdab rayon sakini Seymur Məmmədov tutulmuşdur
13.03.2014Martın 14-nə keçən gecə paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Xaçmaz rayon sakini Faiq Bəşirovu deşici alətlə hədələyib 20 manatını almışdır.
Cevik Polis Alayı və Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Məmmədov tutulmuşdur.