Oğurluq etmiş Cəlilabad şəhər sakinləri Ağaxan Nağıyev, Tosif İsazadə və Cəlaləddin Ağayev tutulmuşlar
13.03.2014Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da şəhər sakini Saleh Hüseyova məxsus mağazadan 140 manat pul, danışıq kartları və ərzaq məhsullarını oğurlamış həmyerliləri Ağaxan Nağıyev, Tosif İsazadə və Cəlaləddin Ağayev tutulmuşlar.
A.Nağıyevin və T.İsazadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların cari il fevral ayının 26-na keçən gecə şəhər sakini Kamal Əliyevə məxsus mağzadan 240 manat pul və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.