Abşeron rayon sakini Xəqani Şirəliyev tutulmuşdur
13.03.2014Martın 13-də Baki Metropoliteninin Elmlər Akademiyası stansiyasında naməlum şəxs Bakı şəhər sakini Rəşad Manafova zor tətbiq edərək mobil telefonunu almışdır.
Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Xəqani Şirəliyev tutulmuşdur.