Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.03.2014Martın 13-də saat 20 radələrində Qaradağ rayonu ərazisində Kəlbəcər rayon sakini Eyvaz Malasovun idarə etdiyi “Toyota-Prado” və Bakı şəhər sakini Nihad Kərimovun idarə etdiyi 157 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtomobillər toqquşmuşdur. E.Malasov hadisə yerində ölmüş, N.Kərimovun sərnişini, həmyerlisi Elsun Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.