Oğurluq etmiş Gəncə şəhər sakini Samir Əsgərov tutulmuşdur
13.03.2014Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Gəncə şəhəri 8 saylı Orta Məktəbdən 1 ədəd kompyuter, 1 ədəd proyektor, müşahidə kamerası və sistem bloku oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Əsgərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 24-də 16 saylı Orta Məktəbdən 1 ədəd televizor, 1 ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilmişdir.