İsmayıllı rayonu Xanagah kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
21.01.2014Yanvarın 21-də saat 20 radələrində İsmayıllı rayonu Xanagah kəndinin ərazisində Bakı şəhər sakini Əli Soltan oğlu Çingiz idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaça vurmuşdur. Ə.Çingiz və sərnişinləri - Bakı şəhər sakinləri Xaliq Bağırov, Maya Yaqublu, Nərgiz Yaqublu xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.