Masallı rayonu Qızlavar kənd sakini Ağaddin Ağayevə məxsus evdə yanğın baş vermişdir
21.01.2014Yanvarın 21-də saat 23 radələrində Masallı rayonu Qızlavar kənd sakini Ağaddin Ağayevə məxsus 6 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 130 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış A.Ağayev və qonşusu Mikayıl Quliyev xəstəxanaya yerləşdirilmişlər.