Qəbələ rayonu Vəndam qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
21.01.2014Yanvarın 21-də saat 19 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsinin ərazisində qəsəbə sakini İzzət Qocayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerliləri Azad Osmanovu, azyaşlılar Aysel Abdullayevanı və Çingiz Abdullayevi vurmuşdur.
A.Osmanov, A.Abdullayeva və Ç.Abdullayev xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.