Oğurluq etmiş Gəncə şəhər sakinləri Pərviz Niyazov və Qabil Sadıqov saxlanılmışlar
21.01.2014Yanvarın 21-də Səbail rayonu B.Sərdarov küçəsində Bakı şəhər sakini Çimnaz Əliyevaya məxsus mağazadan pəncərədən girmək yolu ilə 130 manat pul və ərzaq məhsulları oğurlanmışdır.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Gəncə şəhər sakinləri Pərviz Niyazov və Qabil Sadıqov saxlanılmışlar.