Oğurluq etdiyinə görə tutulmuş Etibar Quliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
21.01.2014Baş Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Etibar Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Şövqət İsgəndərovun, Bəxtiyar Qurbanovun, Şərqiyyə Hüseynovanın, Zeynəb Bayramovanın, Gülnarə Ağayevanın, Əminə Rzayevanın, Pəhləvan Bayramovun, Rüfət Əliyevin, Ramil İsmayılovun, Rusif Paşayevin, Samir İsmayılovun, Elşən Nurullayevin, Cavanşir Quliyevin, Rəşad Qarayevin, Xəqani Əhmədovun və Azər Əhmədovun evlərindən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.