Yevlax rayon sakini Bəxtiyar Xasanov tutulmuş və ondan 0,484 qram heroin götürülmüşdür
30.10.2013Oktyabrın 28-də naməlum şəxs Yasamal rayonu B.Vahabzadə küçəsindəki aptekdən ödəniş etmədən uşaq dəsti götürüb gedərkən oranın satıcısı Nail Mənsimov onun qarşısını kəsdiyindən, həmin şəxs özünə ülgüclə xəsarət yetirəcəyini bildirib hadisə yerindən qaçmışdır.
Oktyabrın 29-da isə B.Vahabzadə küçəsində Bakı şəhər sakini Nadir Hüseynovun satıcı işlədiyi kompyuter mağazasından da naməlum şəxs eyni üsulla kompyuter aksesusarları aparmışdır.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini Bəxtiyar Xasanov tutulmuş, ondan 0,484 qram heroin götürülmüşdür.