Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
30.10.2013Oktyabrın 30-da saat 21.30 radələrində Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində rayon sakini Himayət Bədəlovun idarə etdiyi “VAZ-2107” markalı və Rusiya Federasiyası vətəndaşı Şamil Maqomedovun idarə etdiyi “Volvo” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.Bədəlov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, həmyerliləri Tapdıq Rəhimov və Rizvan Nəsirov isə xəstəxanaya yerləşdirilmişlər.