Mingəçevir şəhəri 20 Yanvar küçəsində yol-nəqliyyat hadisəsi
30.10.2013Oktyabrın 30-da saat 19.00 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Tamella Adığözəlova idarə etdiyi “Hyundai-Accent” markalı avtomaşınla yolu keçən həmyerlisi Nailə Seyidovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.