Avtomaşınlardan maqnitofonlarını sökərək oğurlamış Bakı şəhər sakini Kənan Qasımov tutulmuşdur
30.10.2013Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Validə Məmmədəliyevaya, oktyabrın 9-da Səid Məhəmmədova və Əzizağa Mansurova məxsus avtomaşınlardan maqnitofonlarını sökərək oğurlamış Bakı şəhər sakini Kənan Qasımov tutulmuşdur.