Mobil telefon oğurlamış Sumqayıt şəhər sakinləri Adil Hüseynov və Bəradər Ağamalıyev tutulmuşlar
30.10.2013Oktyabrın 24-də Sumqayıt şəhər sakini Hürü İldırımovaya məxsus mobil telefon çantasından oğurlanmışdır.
Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Adil Hüseynov və əvvəllər məhkum olunmuş Bəradər Ağamalıyev tutulmuşlar.