Mingəçevir şəhəri ərazisində şəhər sakini E.Quliyev bıçaqla qohumu E.Mahmudova xəsarət yetirib hadisə yerindən qaçmışdır
12.10.2013Oktyabrın 14-də Mingəçevir şəhəri ərazisində Yeni Həyat qəsəbə sakini Elsevər Quliyev münaqişə zəminində bıçaqla qohumu Elşən Mahmudova xəsarət yetirib hadisə yerindən qaçmışdır. Hadisədən xəbər tutmuş E.Mahmudovun arvadı Ayşən intihar məqsədi ilə yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından özünü atmışdır.
E.Mahmudov və Ayşən xəstəxanaya yerləşdirilmişlər.
Mingəçevir ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.